“Putin və Lavrov Haaqa tribunalına çağırılmalıdır” –Almaniya prezidenti

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun Haaqa tribunalına çağırılmasının vacibliyini vurğulayıb.

Azpost.info xəbər verir ki, Ştaynmayer bu barədə Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində bildirib. “Bu cinayətlərə görə məsuliyyət daşıyan hər kəs, o cümlədən əsgərlər və hərbi rəhbərlər cavab verməli olacaq. Təbii ki, siyasi cəhətdən məsuliyyət daşıyanlar da”, – prezident deyib.

O qeyd edib ki, Buçadan çəkilən görüntülər Rusiyanın Ukraynaya qarşı müharibəsinin hansı iztirab və ölümlər gətirdiyini bir daha nümayiş etdirir.

Azpost.info

Əvvəlki məqalə

Britaniya Putinin qızlarına sanksiya tətbiq etdi –

Sonrakı məqalə

Rusiya-Azərbaycan-Ermənistan Üçtərəfli İşçi Qrupunun iclası keçiriləcək