Putin və Makron Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Fransa tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı liderlər Ukrayna, Liviya münaqişələri barədə müzakirələr aparıblar.

Ukraynanın cənub şərqində vəziyyətin eskalasiyasından narahatlıq ifadə olunub.

Putin və Makron Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı da müzakirələr aparıblar. Vəziyyətin sakit qalması və Rusiya, Azərbaycan, Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci bəyanatlarının həyata keçirilməsi ilə bağlı işin davam etməsindən məmnunluq qeyd olunub.

ATƏT-in Minsk Qrupu xətti də daxil olmaqla, Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektlərinə dair qarşılıqlı hazırlıq ifadə olunub.

Rusiya və Fransa prezidentləri Aleksey Navalnı ətrafındakı vəziyyətə də toxunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədə aprelin 29-dan mayın 17-dək sərt karantin rejimi tətbiq olunacaq

Sonrakı məqalə

Mehriban Əliyeva Cəbrayıl və Zəngilan rayonlarına səfərlə bağlı video paylaşıb-