Putin və Paşinyan Çində görüşdü-FOTO

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Çinin Tiencin şəhərində görüş olub.

TASS  xəbər verir ki, Rusiya Prezidenti Paşinyanla uzun müddət görüşmədiklərini bildirib.

Putin qeyd edib ki, bu müddət ərzində müzakirə üçün həm ikitərəfli, həm də regional xarakterli xeyli sual yaranıb.

“Sizi görməkdən çox məmnunam. Şadam ki, bugünkü və sabahkı tədbirlər ətrafında ünsiyyət qurmaq imkanımız var. Belə uzun fasilədən sonra bizim sıx gündəliyimiz yaranıb – ikitərəfli, regional və qlobal məsələlər. Həmişə olduğu kimi, görüşümüzün faydalı və məzmunlu olacağına şübhəm yoxdur. Ümid edirəm ki, bugünkü görüşümüz faydalı və məzmunlu olacaq”, – Rusiya Prezidenti vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.