Putin Vahid Ələkbərovu ordenlə təltif edib

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın “Lukoyl” neft-qaz şirkətinin keçmiş sahibi, Azərbaycan əsilli iş adamı Vahid Ələkbərovu I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Bu barədə müvafiq sərəncam rəsmi hüquq informasiya portalında dərc olunub.

“Rusiya Federasiyasının dövlət mükafatları ilə təltif edilməsi haqqında… Ələkbərov Vahid Yusufoviç 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunur”, – deyə sənəddə qeyd olunub.

Əvvəlki məqalə

Azərbaycanda daha 3 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

FED uçot dərəcəsini artırıb