Putin “Vaqner”in keçmiş baş qərargah rəisini qəbul edib

Rusiya Prezidenti Vladimir Putin Kremldə müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və “Vaqner”in keçmiş baş qərargah rəisi Andrey Troşevlə görüşüb.

Kremlin mətbuat xidməti xəbər verir ki, görüşdə Ukraynada hərbi əməliyyatların iştirakçılarına dəstək və könüllü birləşmələrin formalaşdırılması ilə bağlı hərbi məsələlər müzakirə edilib.

Putin bildirib ki, döyüş tapşırıqlarını yerinə yetirmiş və yerinə yetirən şəxsin statusundan asılı olmayaraq, sosial təminatlar eyni olmalıdır.

Prezident könüllü birləşmələrin yaradılması məsələsini də qaldırıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.