Oktyabrın 6-da Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
AzPost bildirir ki, onlar Yaxın Şərqdəki cari hadisələri, o cümlədən ABŞ prezidentinin Qəzza zolağında normallaşma planını müzakirə ediblər. Vladimir Putin Rusiyanın Fələstin məsələsinin beynəlxalq hüquqi baza əsasında hərtərəfli həlli üçün mövqeyini təsdiqləyib.
Digər regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Tərəflər xüsusilə, İranın nüvə proqramı ətrafında vəziyyətin danışıqlar yolu ilə həlli yollarının tapılmasında və Suriyada sabitliyin daha da artırılmasında maraqlı olduqlarını bildiriblər.
Vladimir Putinin doğum günü ərəfəsində İsrailin baş naziri ona ən xoş arzularını çatdırıb.