Putin yaxın həftələrdə Şimali Koreyaya səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin yaxın həftələrdə ardıcıl olaraq Şimali Koreya və Vyetnama səfər edəcək.

Bu barədə “Vedomosti” diplomatik mənbəyə istinadən bildirib.

Nəşrin yazdığına görə, Putinin Vyetnama səfəri iyunda və çox güman ki, Şimali Koreyaya səfərdən dərhal sonra baş tuta bilər.

Rusiyanın KXDR-dəki səfiri Aleksandr Matseqora qəzetə təsdiqləyib ki, Rusiya Prezidenti Pxenyana səfər edəcək və hazırda bu səfərə fəal hazırlıq gedir. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.