Putin yeni qanunu təsdiqlədi- Çağırışçılar Rusiyanı tərk edə bilməyəcək

Rusiya prezidenti Vladimir Putin elektron çağırışlar haqqında qanunu, hərbi xidmətə cəlb olunanların vahid reyestrini və hərbi xidmətdən yayınanlar üçün sərhədlərin bağlanmasını təsdiqləyib.

Azpost.info xəbər verir ki, sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

Elektron çağırışlar haqqında qanunun təxminən bir milyon rusun ölkədən qaçmasına cavab olaraq qəbul edildiyi deyilir. İndi çağırış və ya səfərbərliyə məruz qalan ruslara hərbi komissarlığa gəlmək zərurəti barədə yalnız ənənəvi qaydada deyil, həm də “Qosuslugi” və ya sifarişli poçt vasitəsilə məlumat veriləcək. Çağırış vərəqəsi şəxsi kabinetdə göründükdən 7 gün sonra çatdırılmış sayılacaq. Şəxsin hesabı olmadıqda və onu sifarişli poçtla və ya şəxsən xəbərdar etmək mümkün olmadıqda, çağırış xüsusi reyestrdə göründükdən 7 gün sonra avtomatik olaraq çatdırılmış hesab olunacaq.

Bundan sonra hərbi xidmətə cəlb olunan şəxsin Rusiyanı tərk etməsi qadağan ediləcək. O, 20 gün ərzində hərbi komissarlığa gəlməzsə, avtomobili idarə etmək imkanından məhrum olunacaq və fərari elan ediləcək. Belə şəxslərin daşınmaz əmlak əməliyyatları aparmaq, kredit götürmək və fərdi sahibkar kimi qeydiyyatdan keçmək hüququ da olmayacaq.

Qanun layihəsi aprelin 11-də Dövlət Duması tərəfindən ikinci və üçüncü oxunuşlarda qəbul edilib. Bəzi deputatlar belə qısa müddətdə 60 səhifəlik mətni öyrənməyin mümkün olmadığını, onu oxumadıqlarını etiraf etsələr də, sənəd yekdilliklə qəbul edilib. Aprelin 12-də qanun Federasiya Şurası tərəfindən təsdiqlənib.

Azpost.info

 

Əvvəlki məqalə

İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb edilən 18 nəfər saxlanılıb

Sonrakı məqalə

Ermənistanda Dövlət bayrağımızın yandırılması faktı ilə bağlı cinayət işi başlanıb