Rusiya yeni silah yaradır.
Azpost.info bildirir ki, bu barədə prezident Vladimir Putin sentyabrın 12-də Şərq İqtisadi Forumu (EEF) kuluarlarında deyib.
Putin bildirib ki, Rusiya yeni fiziki prinsiplərə əsaslanan silahların yaradılması üzərində işləyir. Bu silah gələcəkdə Rusiyanın təhlükəsizliyi təmin edəcək.
Dövlət başçısı Rusiyada texnoloji ofşorun yaradılması ideyası üzərində də düşünməyə razılaşıb.
“Yəqin ki, bəzi əlavə vasitələr haqqında düşünə bilərik. Siz Rusiyanın texnoloji ofşorunun yaradılması haqqında dediniz, bu dəqiqdir… Mən mütləq həmkarlarımla məsləhətləşəcəyəm”, – Putin EEF-in tematik sessiyalarının moderatorları ilə görüşündə qeyd edib.
Azpost.info