Putin Zaporojyedəki döyüşlərdə məhv edilən Ukrayna tanklarının sayını- AÇIQLADI

“Rusiya ordusu iyulun 26-da gedən döyüşlərdə Ukrayna Silahlı Qüvvələrinin Zaporojye istiqamətində 26 tankını və 13 zirehli texnikasını məhv edib”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, cəbhənin bu sektorunda gedən döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələri 50-yə yaxın hərbi texnikadan istifadə edib.

Prezident əlavə edib ki, bir gün əvvəl aparılan hərbi əməliyyatlar Qara Dəniz Donanmasının 810-cu Dəniz Briqadası və Cənub Hərbi Dairəsinin 58-ci Ordusunun 42-ci diviziyasının 71-ci alayının cavabdehlik zonasındadır.

Azpost.info

Əvvəlki məqalə

İncəsənət məktəbində 131 min manatlıq mənimsəmə aşkarlanıb

Sonrakı məqalə

Bakı-Sumqayıt qatarlarında “Apple pay” və “Google pay”lə ödəniş yenidən aktivləşdirilib