Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin İrana səfər edəcəyini təsdiqləyib.
Azpost.info xəbər verir ki, Peskov səfərin iyulun 19-da baş tutacağını bildirib.
“İyulun 19-da dövlət başçısı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti İbrahim Rəisi ilə görüşmək üçün İran İslam Respublikasına gedəcək”, – Peskov deyib.
Bundan əvvəl İran tərəfi Putinin İrana səfər edəcəyini, prezident İbrahim Rəisi ilə görüşəcəyini açıqlamışdı.
Azpost.info