“Ukraynanın bütün ərazilərini geri almaq şansı var“.
AzPost bildirir ki, bu sözləri ABŞ prezidenti Tramp Oval kabinetdə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiyanın nə etdiyini izləyir: “Mən prezident Putinin gördüyü işlərdən çox narazıyam. Heç bir səbəb olmadan insanları öldürür. Onlar dəhşətli bir iş görürlər. Rusiya hər şeyini “oyuna” qoyub, iqtisadiyyatı cəhənnəmə gedir. Hər şeyi bombalayır. Çox az ərazini tuta bilirlər…Əər tuta bilirlərsə…Əslində əraziləri itirirlər”.