“Putinin Ərdoğanla görüşünün dəqiq tarixi məlum deyil”- KREML

“Vladimir Putinin Türkiyəyə səfəri və prezident Rəcəb Tayyib Ərdoğanla görüşünün dəqiq tarixi məlum deyil”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Eyni zamanda, Peskov qeyd edib ki, dövlət başçıları arasında təmaslar mümkündür.

“Təmaslar mümkündür. Amma hələlik dəqiq tarixlər yoxdur”, – Peskov deyib.

Bundan əvvəl Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbətində Rusiya liderinin avqustda səfərini gözlədiyini bildirib. O qeyd edib ki, danışıqların prioritet mövzularından biri Rusiya ilə Ukrayna arasında əsirlərin mübadiləsi olacaq.

Azpost.info

Əvvəlki məqalə

Vəkillər Kollegiyası Elçin Sadıqovla bağlı məlumat yaydı

Sonrakı məqalə

Fövqəladə Hallar Nazirliyinə yeni səlahiyyət verilib