“Putinin bu çıxışı yəqin ki, Stalinin xoşuna gələrdi”- Estoniya prezidenti

Estoniya prezidenti Alar Karis hesab edir ki, Putinin fevralın 21-də Federal Məclisdəki çıxışı hər kəsə açıq siqnaldır.

Azpost.info xəbər verir ki, Karis Kremlin ilkin məqsədlərinin dəyişmədiyini, Moskvanın hələ uzun müddət “oynamağa” hazır olduğunu deyib.

“Əgər kimsə Rusiyanın qısa müddətdə sülhün bərpasında maraqlı olduğunu düşünürdüsə, bir daha düşünsün. Moskvanın məqsədləri dəyişməyib. Onlar Qərblə uzun və düşməncəsinə qarşıdurmaya hazırdırlar və hər hansı daxili narazılığa dözmək fikrində deyillər. Putinin bu çıxışı yəqin ki, Stalinin xoşuna gələrdi…”, – Alar Karis bildirib.

Azpost.info

Əvvəlki məqalə

Lavrov bu tarixdə Bakıya gələcək

Sonrakı məqalə

“Azərbaycanın çox mürəkkəb qonşuları var” –