Putinin Çin liderinə mesajında nədən bəhs olunurdu?- Peskov açıqladı

“Rusiya prezidenti Vladimir Putin Çin lideri Si Cinpinə ünvanladığı mesajda ölkələr arasında strateji tərəfdaşlıq məsələlərinə və beynəlxalq vəziyyətə toxunub”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Peskov qeyd edib ki, lazım gələrsə, Çin hakimiyyəti mesaja öz cavabını verə bilər. O vurğulayıb ki, Putin və Si Cinpin arasında mesaj mübadiləsi müntəzəm olaraq baş verir.

Dekabrın 21-də Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Pekinə səfəri zamanı Çin liderinə Putinin mesajını çatdırıb.

Azpost.info

Əvvəlki məqalə

Şeyxülislam Laçın yolundakı vəziyyətlə bağlı Roma Papasına məktub göndərdi –

Sonrakı məqalə

“Laçın yolunda humanitar təyinatlı nəqliyyatın hərəkəti bərpa olunub” –