Vladimir Putinin fevralın 29-na planlaşdırılan Federal Məclisə növbəti müraciəti Rusiya kinoteatrlarında nümayiş etdiriləcək.
Azpost.info xəbər verir ki, bu məqsədlə “Cinema 5” şəbəkəsinin salonlarından istifadə ediləcək.
Rusiyanın 20 şəhərində 23 kinoteatrda pulsuz nümayişlər planlaşdırılır. Onların arasında Moskvadakı “Kinosfera” və “Baltika” kinoteatrları da var.
Seanslar üçün nəşr olunan afişalarda Putinlə kollaj və “Məqsədlərə nail olunacaq” ifadəsi yer alıb.
Bundan əvvəl Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsi Voloqda və İrkutsk kinoteatrlarında nümayiş etdirilib. Kinoteatrlarda yerləri dövlət qulluqçuları və veteranlar tutublar.
Azpost.info