“Putinin Priqojinlə vida mərasiminə qatılıb-qatılmayacağı məlum deyil”- KREML

Rusiya İstintaq Komitəsi “Vaqner”in qurucusu Yevgeni Priqojinin öldüyünü təsdiqlədikdən sonra prezident Vladimir Putinin onun dəfninə gedib-getməyəyi yenidən gündəmə gəlib.

Azpost.info xəbər verir ki, jurnalistlər Kremlin sözçüsü Dmitri Peskova bu sualı növbəti dəfə ünvanlayıblar.

Peskov bildirib ki, Rusiya lideri Yevgeni Priqojinin ailəsinə başsağlığı verib. O əlavə edib ki, hazırda Priqojinin dəfn mərasimi ilə bağlı məlumat yoxdur. Putinin vida mərasiminə qatılıb-qatılmayacağı da hələlik məlum deyil.

“Priqojinin dəfni ilə bağlı hələlik heç bir məlumat yoxdur, qərar qəbul olunan kimi ictimaiyyətə açıqlanacaq”, – Peskov bildirib.

O qeyd edib ki, Priqojinin dəfni ilə bağlı qərar ilk növbədə onun qohumlarından asılı olacaq.

Azpost.info

Əvvəlki məqalə

2 il əvvəl Azərbaycan bayrağını təhqir edən 3 erməni saxlanıldı

Sonrakı məqalə

“Qərb narkoman Zelenskiyə dəstəyi dayandırmalıdır”