Putinlə İraq Baş naziri arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin İraqın Baş naziri Məhəmməd əl-Sudani ilə telefon danışığı aparıb.

Azpost.info xəbər verir ki, söhbət zamanı ticari-iqtisadi, nəqliyyat, logistika və humanitar sahələrdə əməkdaşlıq müzakirə edilib.

“Qlobal neft bazarının sabitliyini qorumağa imkan verən OPEC+ çərçivəsində birgə işin müxtəlif aspektləri nəzərdən keçirilir. Bu formatda addımların əlaqələndirilməsinin davam etdirilməsinin vacibliyi təsdiqlənib”, – məlumatda bildirilir.

Azpost.info

Əvvəlki məqalə

Növbəti il ortalama pensiya 400 manatın üzərində olacaq

Sonrakı məqalə

Gələn il yaşayış minimumu 285 manat olacaq