Putinlə Ərdoğan arasında telefon danışığı olub

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Azpost.info xəbər verir ki, söhbət zamanı Ərdoğan rusiyalı həmkarına Akkuyu AES-in tikintisinə verdiyi töhfəyə görə təşəkkür edib.

Liderlər Ukrayna və Suriyadakı münaqişəni, Rusiya-Türkiyə münasibətlərini müzakirə ediblər.

Ərdoğan “taxıl sazişi”çərçivəsində yeni təşəbbüslərin hazırlanması üçün işçi qrupunun yaradılmasını təklif edib.

Azpost.info

Əvvəlki məqalə

“Hollivud” Rusiyanı tərk edəndən sonra kinoteatrlar milyardlar itirib

Sonrakı məqalə

Daha 68 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib