Putinlə Bayden arasında təkəbətək görüş başa çatdı-VİDEO

Rusiya və ABŞ prezidentləri arasında keçirilən görüşün ilk hissəsi (dar formatda) başa çatıb. 

Belə ki, artıq qısa fasilə verilib. Fasilədən sonra liderlərin geniş tərkibdə görüşü keçiriləcək.

Rusiya Prezidenti Vladimir Putin İsveçrənin paytaxtı Cenevrədə amerikalı həmkarı Co Baydenlə görüşü keçirlir.

“RİA Novosti” xəbər verir ki, iki ölkə liderləri bir-birinin əlini sıxıblar. Görüşün keçiriləcəyi La Qranj villasına ilk olaraq Putin, ondan 12 dəqiqə sonra Bayden daxil olub.

Onlar İsveçrə Prezidenti Qi Parmölənlə foto çəkdirdikdən sonra görüşə başlayıblar.

Qeyd edək ki, bu, Putinlə Baydenin ilk görüşüdür.

https://www.youtube.com/watch?v=12FaFyUJ3co

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Ərdoğanın şərəfinə nahar verib –

Sonrakı məqalə

Türkiyə və Uels komandalarının start heyətləri açıqlanıb