Türkiyə və Uels komandalarının start heyətləri açıqlanıb

Futbol üzrə Avropa çempionatının A qrupu çərçivəsində iyunun 16-da Bakı Olimpiya Stadionunda üz-üzə gələcək Türkiyə və Uels yığmalarının start heyətləri açıqlanıb.

Türkiyə millisinin heyətində meydana Uğurcan Çakır, Umut Meraş, Çağlar Söyüncü, Kaan Ayhan, Zeki Çelik, Okan Yokuşlu, Uzan Tufan, Hakan Çalhanoğlu, Cengiz Ünder, Kenan Karaman və Burak Yılmaz (k) çıxacaqlar.

Uels yığmasının start heyətində isə Danni Uord, Ben Deyvis, Co Rodon, Kris Mefam, Konnor Roberts, Konnor Roberts, Co Allen, Co Morrel, Daniel Ceyms, Aaron Remsi, Qaret Beyl (k) və Kieffer Mur yer alıblar.

Saat 20:00-da başlayacaq qarşılaşmanı portuqaliyalı referi Artur Diaş idarə edəcək.

A qrupunun birinci oyununda Türkiyə millisi İtaliyaya 0:3 hesabı ilə uduzub. Uels isə İsveçrə ilə heç-heçə edib – 1:1.

Qeyd edək ki, Bakı Olimpiya Stadionu iyunun 20-də İsveçrə – Türkiyə qarşılaşmasına və iyulun 3-də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putinlə Bayden arasında təkəbətək görüş başa çatdı

Sonrakı məqalə

“Türkiyə və Azərbaycan Cənubi Qafqazda yeni alyans yaratdı” –