Putinlə rəqs edən keçmiş nazir Rusiyaya köçmək istəyir

Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Rusiyada ev axtarmağa başlayıb.

Azpost.info xəbər verir ki, o, hələ tam olaraq Rusiyaya köçmədiyini, lakin bunu istədiyini deyib.

Hazırda Knaysl Ryazan bölgəsindəki kiçik bir bağ evində yaşayır. O bura yay tətili üçün gəlib.

Keçmiş nazirin sözlərinə görə, o, bütün ev heyvanlarına uyğun ev axtarır: “Bu, çoxlu sayda ev heyvanı ilə yaşaya biləcəyim uyğun bir ev olmalıdır. Livanda mənim ponilərim, atlarım, çoxlu itlərim var”.

Karin Knaysl Rusiya prezidenti Vladimir Putinə rəğbəti ilə tanınır. Putin Knayslın Avstriyadakı toyunda iştirak etmiş və onunla rəqs etmişdi.

Azpost.info

Əvvəlki məqalə

Gəncədə 20 yaşlı oğlan intihar edib

Sonrakı məqalə

“Qəddafinin öldürülməsi ciddi səhv idi”