Putinlə rəqs edən nazir təhdidlərdən sonra Livana köçüb- Niyə Rusiyaya getmədiyini açıqladı

Avstriyanın sabiq xarici işlər naziri, Rusiya prezidenti Vladimir Putinə rəğbəti ilə tanınan siyasətçi Karin Knaysl ölkəsində təhdidlərə məruz qaldıqdan sonra Livana köçüb.

Azpost.info xəbər verir ki, Knaysl Şərq İqtisadi Forumu çərçivəsində jurnalistlərə verdiyi müsahibədə köçmək üçün niyə Rusiyanı seçmədiyini açıqlayıb.

“Rusiyaya köçə bilmədim. Baxmayaraq ki, bir az rusca danışıram. Amma ərəb dilində daha yaxşı danışıram. Mən Livanı tanıyıram. Orada məni sadəcə, Karin kimi tanıyan dostlarım var və bu çox vacibdir”, -Knaysl deyib.

2017-2019-cu illərdə Avstriya Xarici İşlər Nazirliyinə rəhbərlik edən və Rusiya prezidenti Vladimir Putinlə dostluq münasibətləri ilə tanınan Knaysl bu ilin avqustunda hədələrdən sonra Livana gedib. Siyasətçinin sözlərinə görə, Vyana küçələrində ona hədə-qorxu gəlirdilər, həmçinin ünvanına təhdidedici məktublar göndərirdilər.

“Məktubların məzmun belə idi – rus donuzu, səni asmaq lazımdır. Boğazını kəsib diri-diri basdıracağıq. Sonun məhz belə olacaq”, – deyə keçmiş nazir bildirib.

Qeyd edək ki, Vladimir Putin Karin Knayslın Avstriyadakı toyunda iştirak edib, onunla rəqs edib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.