Putinlə rəqs edən sabiq nazir yay tətilini Rusiyada keçirir- Ona Sankt-Peterburqdan iş təklifi də gəlib

Avstriyanın keçmiş xarici işlər naziri, Rusiya prezidenti Vladimir Putinə rəğbəti ilə tanınan Karin Knaysl yay tətilini Ryazanın Petruşovo kəndində keçirir.

Azpost.info xəbər verir ki, onun kənddə yerli sakinlərlə rus dilində danışdığı bildirilir.

“Rusiyada qalmaq üçün kömək lazım idi. Mənə mənzil tapmağa yardım edən insanlarla əlaqə qurdum. Dedilər ki, Rusiyada yay üçün kirayə verilən evlər var”, – Knaysl bildirib.

Keçmiş XİN rəhbəri rus dilini öyrənməyə başladığını və daha bir ay kənddə qalmağı planlaşdırdığını qeyd edib. O, əlavə edib ki, Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammitində iştirak edib. Üstəlik Sankt-Peterburq Universitetində dərs deməyə dəvət olunub.

Rusiya prezidenti Vladimir Putinlə son görüşü barədə suala Knaysl 2019-cu ildən bəri onu görmədiyini deyib.

Qeyd edək ki, Putin Knayslın Avstriyadakı toyunda iştirak edib, onunla rəqs edib.

Azpost.info

Əvvəlki məqalə

Zelenskinin ofisi Kiyevin təklif etdiyi “sülh formulu”nu dərc edib

Sonrakı məqalə

İtaliya ruslara və belaruslara “qızıl viza”ların verilməsini dayandırdı