Putinlə Zelenski Qüdsdə görüşə bilər? –Kreml İsrailin təklifini şərh etdi

“İsrail hökumətinin prezidentlər Vladimir Putin və Vladimir Zelenski arasında görüş keçirmək təklifi ilk dəfə deyil”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya belə bir hipotetik görüşün şərtlərinin nə olduğunu dəfələrlə izah edib.

Qeyd edək ki, İsrail hökuməti Qüdsdə Rusiya və Ukrayna danışıqlarını təşkil etməyə hazır olduğunu bildirib.

Azpost.info

Əvvəlki məqalə

London məhkəməsi Assanjın ABŞ-a ekstradisiyası barədə qərar verdi

Sonrakı məqalə

Azərbaycan və Qırğızıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib