Almaniya kansleri Olaf Şolts Ukraynada müharibə davam etdiyi bir vaxtda Rusiya prezidenti Vladimir Putinlə dialoqu bərpa etməyin mənasını görmür.
Azpost.info xəbər verir ki, bunu kansler özü bildirib.
“Bu, Rusiya sülhün diktə edilməyəcəyini başa düşəndə və Putin qoşunlarını geri çəkməli olduğunu başa düşəndə mümkün ola bilər”, – Şolts deyib.
O, Putinə sonuncu dəfə 2022-ci ilin dekabrında zəng etdiyini xatırladıb.
Kanslerin sözlərinə görə, danışıqlar vəziyyətə həqiqətən təsir edə bildikdə məna kəsb edir: “İndi hər şey Kremlin müharibəni bitirmək istəmədiyini göstərir, ona görə də Almaniya uzun müddət Ukraynaya silah və sursat verməli olacaq”.
Azpost.info