Qələbə paradının hazırlıq məşqləri keçirilib –FOTO

Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqi keçirilib.

Azadlıq meydanında keçirilən məşq zamanı Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlər nümayiş olunub.

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov bildirib ki, dekabr ayının 10-da keçiriləcək paradda müharibə zamanı düşməndən ələ keçirilən toplar, kiçik çaplı, orta çaplı və iri çaplı minaatanlar, tanklar, BMP-lər nümayiş olunacaq.

Eyni zamanda, paradda hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək. Eyvazov qeyd edib ki, bugünkü məşq hərbi paradın sınaq mərhələsidir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir