Qəzzada Rəfah keçid məntəqəsi oktyabrın 14-də açılacaq

Qəzza-Misir sərhədindəki Rəfah sərhəd-keçid məntəqəsi oktyabrın 14-də açılacaq.

APA xəbər verir ki, bu barədə “əl-Ərəbiyyə” telekanalı misirli mənbəyə istinadən məlumat verib.

Məlumata görə, sərhəd-keçid məntəqəsi hər iki istiqamətdə fəaliyyət göstərəcək və yaralı fələstinlilərin, eləcə də tibbi yardıma ehtiyacı olan ağır xəstələrin müalicə üçün Misir xəstəxanalarına təxliyə edilməsinə şərait yaradacaq.

Qəzzaya qayıtmaq istəyənlər də buradan istifadə edə biləcəklər.

Lakin humanitar yardım aparan yük avtomobilləri keçiddən buraxılmayacaq. Çünki məntəqə yalnız fərdi şəxslər üçün nəzərdə tutulub.

Qəzza zolağının əhalisinə yardım Kerem Şalom sərhəd keçid məntəqəsi vasitəsilə çatdırılacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.