“Qəzzada xəstəxanaya hücum dəhşətli faciədir”- PUTİN

“Qəzzada xəstəxanaya hücum faciə və fəlakətdir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Bu, dəhşətli hadisədir, yüzlərlə insan həlak olub, yüzlərlə yaralı var. Bu, təbii ki, fəlakətdir. Özü də bu, humanitar xarakterli bir yerdə baş verdi”, – Rusiya lideri deyib.

Putin ümid etdiyini bildirib ki, Qəzzada xəstəxana ilə bağlı faciəvi vəziyyət münaqişənin dayandırılması və ya ən azı danışıqların başlanması üçün siqnal olacaq: “Ümid edirəm ki, bu, münaqişəni mümkün qədər tez bitirməli olduğumuza və ya məsələni danışıqlara başlamaq ehtimalına endirməli olduğumuza dair bir siqnal olacaq”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.