“Qəzzaya çoxlu pul gələcək…” –Tramp

“Qəzzaya çoxlu pul gələcək və çoxsaylı yenidənqurma və tikinti işləri aparacağıq”.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq Sülh Sammiti sonrası yekun bəyanatında deyib.

O bildirib ki, bu yenidən qurmaq deyil, əsl quruculuq olacaq. “Təmizləmə və tikinti işləri aparılacaq. Mən böyük sərvətə, gücə və ləyaqətə malik olan çoxsaylı ölkələrin məhz bu gün və son bir həftə ərzində mənim yanıma gəlib Qəzzanın yenidən qurulmasına kömək etmək istədiklərini, lazım olan hər şeyə hazır olduqlarını bildirməkdən məmnunam. Bu, əlbəttə ki, çox puldur, lakin nəhəng ölkələrin sərvəti ilə müqayisədə böyük deyil”, – deyə Tramp əlavə edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.