Liviyanın devrilmiş rəhbəri Müəmmər Qəddafinin oxşarı hamını təəccübləndirib.
Azpost.info bildirir ki, bununla bağlı videogörüntülər yayılıb.
Liviyanın Bini Vəlid şəhərində çəkilmiş bu görüntülərdə Müəmmər Qəzzafinin oxşarı əks edilib. O avtomobildə ayaq üstə dururaq adamları salamlayır. Bu naməlum adamın Qəddafiyə həddən artəq bənzəməsi diqqəti çəkir.
Xatırladaq ki, Liviyada başlanmış “ərəb baharı” kütləvi etiraz nümayişləri ilə müşaiyət olunub. Nümayişlər 2011-ci ildə M.Qəddafinin devrilməsi ilə nəticələnib. Qəddafi 2011-ci ilin oktyabrında qaçarkən qiyamçıların əlinə keçib. Qiyamçılar onu əzabla öldürüblər.
Bu qətl dünyada ciddi etiraz doğurub.
Bəni-Vəlid şəhəri ilə Qəddafinin sadiq tərəfdarlarının olduğu yer kimi tanınıb. Bu şəhər o zaman Qəddafiyə dəstək verən varfalli tayfasıbın “paytaxtı” sayılır.
Azpost.info