Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Qəddarcasına yalan danışırlar”

User 13 Mart 2023 - 11:51 (Last updated: 21 May 2025 - 20:15)
prays

ABŞ İranın məhbus mübadiləsi ilə bağlı ilə bağlı açıqlamasını təkzib edib.

Azpost.info xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Ned Prays İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın fikirlərinin həqiqətə uyğun olmadığını deyib.

Abdullahian bildirimişdi ki, Tehran və Vaşinqton yaxın vaxtlarda məhbus mübadiləsinin gerçəkləşdirilməsi ilə bağlı razılığa gəlib.

İranda üç ABŞ vətəndaşı – Emad Şargi, Morad Tahbaz və Siamak Namazi həbsdədir. ABŞ-da isə 15-ə yaxın İran vətəndaşı sanksiyalardan yayınmağa cəhddə ittiham olunaraq həbs edilib.

Prays İran XİN rəhbərinin bəyanatını “həbsdə olan amerikalıların ailələrinin iztirablarını daha da artıran daha bir qəddar yalan” adlandırıb.

“İranda qanunsuz olaraq saxlanılan üç ABŞ vətəndaşını azad etmək istiqamətində yorulmadan çalışırıq. Onlar öz yaxınlarına qovuşana qədər dayanmayacağıq”, – Prays qeyd edib.

ABŞ Milli Təhlükəsizlik Şurası da İranın iddialarını yalanlayıb. “Təəssüf ki, İran rəsmiləri yalan danışmaqdan çəkinmir və onların son qəddar bəyanatı Siamak Namazi, Emad Şargi və Morad Tahbazın ailələri üçün daha çox ürək ağrısı yaradacaq”, – Şuranın bəyanatında bildirilir.

İki ölkə arasında məhbus mübadiləsi 2021-ci ildən müzakirə olunur.

Azpost.info

 

Post navigation

Previous: “Azərsu” qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib
Next: Vətəndaşlar öz yaşayışından razıdırmı? –

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

avtomobil yol
  • Maraqlı

Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır?

User 24 Oktyabr 2026 - 17:55
Avtomobilin yanacaq sərfiyyatının artması sürücünü ilk növbədə mühərrikdə nasazlıq axtarmağa vadar edir. Halbuki bəzən səbəb daha sadə...
Read more about Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır?
Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
Gündəlik gəzinti nə üçün vacibdir? gezmek
  • Maraqlı

Gündəlik gəzinti nə üçün vacibdir?

User 24 Oktyabr 2026 - 17:15
Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq? bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib qht mina01
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.