“Qərb ölkələri qoşunlarının Ukraynaya göndərilməsi istisna olunmur”.
Azpost.info Associated Press-ə istinadən bildirir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron dünən mətbuat konfransında bəyan edib.
Bu məsələ Avropanın 20 dövlət başçısı və digər Qərb rəsmilərinin Parisdə dünənki görüşündə müzakirə olunub. Fransa prezidenti Rusiyanın Ukraynaya qarşı müharibədə qalib gəlməsinin qarşısını almaq üçün lazım olan hər şeyi edəcəklərini bildirib: “Bu gün rəsmi və təsdiq edilmiş qoşunların ora göndərilməsi ilə bağlı konsensus yoxdur. Amma dinamika nöqteyi-nəzərindən heç nəyi istisna etmək olmaz”, – Makron mətbuat konfransında deyib.
Lakin o, hansı ölkələrin Ukraynaya qoşun göndərməyi düşündüyünü açıqlamayıb və bəzi “strateji qeyri-müəyyənliyi” saxlamaq istədiyini bildirib.
Azpost.info