Rusiya prezidenti Vladimir Putin Dövlət Şurasının ixracın inkişafı məsələsinə həsr olunmuş geniş iclasında Qərb nümayəndələrinin Rusiyadan ödənişlərə müdaxilə edən hərəkətlərinə münasibət bildirib.
Azpost.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Bəzi Qərb elitaları tərəfindən Rusiyanın maliyyə institutlarına və ödəniş sistemlərinə qarşı tamamilə düşmənçilik hərəkətləri həyata keçirilib. Həm ixrac tədarükünə görə ödənişin alınmasında, həm də idxal üçün ödənişlərdə çətinliklərin yaranıb”, – Putin deyib.
Eyni zamanda Putin bildirib ki, müəyyən dərəcədə bu problemi həll etmək mümkün olub. O, qeyd edib ki, son vaxtlar Rusiyanın xarici ödənişlərinin strukturunda “toksik” valyutaların payı iki dəfə azalıb, rublun dəyəri isə əksinə, artaraq 40 faizə yaxınlaşıb.
Azpost.info