“Qərb sülh üçün Moskvaya zəmanət verməlidir”- LAVROV

“Ukraynada müharibənin sülh yolu ilə nizamlanması üçün Moskvaya Qərb ölkələrindən zəmanət  lazımdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfəri zamanı deyib.

“Söhbət hamımızın ehtiyac duyduğu yeni dünya nizamının hansı prinsiplərə əsaslanacağından getməlidir”, – nazir bildirib.

Lavrovun sözlərinə görə, Rusiya yeni dünya nizamının BMT Nizamnaməsi prinsiplərinə əsaslanmasını müdafiə edir.

“Rusiya prezidenti Vladimir Putin və Rusiya hakimiyyətinin digər nümayəndələri dəfələrlə bəyan ediblər ki, danışıqlardan imtina etmirlər. Lakin bu danışıqlar yalnız bizim qeyd etdiyimiz əsasda, Rusiyanın qanuni maraqlarını və narahatlıqlarını nəzərə almaqla baş tuta bilər”, – XİN rəhbəri bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.