Yaxın Şərqdəki faciə Qərb diplomatiyasının mənəvi uğursuzluğudur.
Azpost.info xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə Ali Nümayəndəsi Jozep Borrel bildirib.
“Yaxın Şərqdə davam edən faciə kollektiv siyasi və mənəvi uğursuzluğun nəticəsidir. Bu mənəvi və siyasi uğursuzluq İsrail və Fələstin arasındakı problemi həll etmək üçün iradə çatışmazlığının nəticəsidir”, – Borrel deyib.
Onun sözlərinə görə, Qərb regionda sülhə nail olmaq üçün kifayət qədər səy göstərməyib.
Azpost.info