Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Qərbdə hamımıza nifrət edirlər, onları bağışlamayın!” –

User 31 May 2022 - 16:57 (Last updated: 21 May 2025 - 20:15)
medvedyev

“Qərbin sanksiyaları konkret olaraq Rusiya xalqına qarşı yönəlib, bu qərarlar ruslara nifrətə əsaslanır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

“Bütün bunlar kimə qarşıdır? Bu sanksiyalar məhz Rusiya xalqına qarşı yönəlib. Təəssüf ki, belədir. Onlar hamımıza nifrət edirlər! Bu qərarlar Rusiyaya, ruslara, onun bütün sakinlərinə nifrətə əsaslanır. Amerikalı və avropalı nənə və babalar desələr də ki, biz sizin müdirlərinizi cəzalandırırıq, amma siz sadə vətəndaşları sevirik, bu, tamamilə cəfəngiyyatdır. Rusiya Mərkəzi Bankının və digər dövlət aktivlərinin ələ keçirilməsində məqsəd nədir? Rubla zərbə, inflyasiyanın artması və mağazalarda qiymətlərin qaldırılması – bütün bunlar sıravi rusiyalının həyat səviyyəsinin aşağı düşməsi deməkdir”, – Medvedev qeyd edib.

 

Onun fikrincə, eyni şey Rusiyadan neft və qazın alınmasına qoyulan embarqoya da aiddir: “Məqsəd büdcə gəlirlərini azaltmaq və dövləti sosial öhdəliklərdən, o cümlədən gəlirlərin indeksləşdirilməsindən imtina etməyə məcbur etmək, şəhər və kənd yerlərində vergi ödəyicisini vurmaqdır. Təyyarələrimizin uçuşlarına, səfərlərinə qadağa, ödəniş alətlərindən istifadəyə qadağa… Kimə qarşı? Yenə də sadə vətəndaşlara qarşı. Onları xoşagəlməz vəziyyətə salmaq üçün”.

 

Medvedev bu rusofobiyanın hətta rus mədəniyyətinə də sirayət etdiyini deyib: “Buna görə Tolstoy, Çexov, Çaykovski və Şostakoviç ləğv olundu. Dinimizə nifrət, Rus Pravoslav Kilsəsini məhv etmək və onun patriarxına qarşı sanksiyalar tətbiq etmək istəyi buradan irəli gəlir. Bu, demək olar ki, həmişə belə olub. Həm Aleksandr Nevskinin dövründə, həm 1812-ci il müharibəsi zamanı və SSRİ-nin çoxsaylı sanksiyalar altında yaşadığı 20-ci əsrdə. Bu nifrət iyrənc və irrasionaldır. Amma bu o demək deyil ki, biz buna dözməliyik. Sadəcə, gələcək üçün bütün lazımi nəticələr çıxarmalıyıq. Bizə qarşı bu münasibəti xatırlayın! Bizə nifrət edənləri isə bağışlamayın! Heç vaxt!”.

Azpost.info

Post navigation

Previous: Makron Azərbaycan Prezidentini təbrik edib
Next: İyun ayında bayramlarla əlaqədar qeyri-iş günləri məlum olub

Oxşar xəbərlər

Əraqçi
  • Dünya

İran ABŞ-a xəbərdarlıq etdi – “Hücum etsələr, daha sərt cavab alacaqlar”

User 02 Noyabr 2026 - 23:22
iran fars korfezi
  • Dünya

Rusiya Fars körfəzi ilə bağlı hərəkətə keçir – Moskva nə təklif edir?

User 02 Noyabr 2026 - 21:19
kreml
  • Dünya

Rusiya ordusu Ukraynada rekord itki verdi – Bir ayda 54 min hərbçi

User 02 Noyabr 2026 - 20:39

xƏBƏR

Əraqçi
  • Dünya

İran ABŞ-a xəbərdarlıq etdi – “Hücum etsələr, daha sərt cavab alacaqlar”

User 02 Noyabr 2026 - 23:22
“Biz dəfələrlə bəyan etmişik ki, güc yolu ilə özümüzü müdafiə etməyə tam hazırıq. Eyni zamanda, danışıqlar vasitəsilə...
Read more about İran ABŞ-a xəbərdarlıq etdi – “Hücum etsələr, daha sərt cavab alacaqlar”
65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır Pensiyaçı
  • Sosial

65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır

User 02 Noyabr 2026 - 22:45
Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur avto cin
  • Sosial

Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur

User 02 Noyabr 2026 - 22:28
Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun qida zerer
  • Sosial

Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun

User 02 Noyabr 2026 - 21:56
Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir? herbci
  • Sosial

Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir?

User 02 Noyabr 2026 - 21:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.