“Qərbin bu hərəkətləri dövlət səviyyəsində banditizmdir”- KREML

“Qərbin Rusiyanın iri biznesi ilə bağlı hərəkətləri dövlət səviyyəsində banditizmdir”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Kollektiv Qərbin onlara qarşı etdikləri dövlət səviyyəsində quldurluqdan başqa bir şey deyil. Bunlar ölkəmizin ərazisində bizneslə məşğul olan, investisiya qoyan, iş yerləri yaradan, texnologiyalar inkişaf etdirən sahibkarlardır. Bu yolla Qərb hakimiyyəti şəxsi mülkiyyətin toxunulmazlığı prinsipini pozur”, – Peskov qeyd edib.

Onun sözlərinə görə, Rusiyanın bir çox aparıcı sahibkarları əslində beynəlxalqdır, çünki onların şirkətləri bütün dünyada fəaliyyət göstərir. Peskov əlavə edib ki, söhbət iş adamlarının əmlakının ələ keçirilməsi, onların təyyarələrinin və digər əmlaklarının həbsindən gedir: “Bu cür addımlar özəl mülkiyyətin və şəxsi biznesin müqəddəsliyinin məhvindən, xaricdə bizneslə məşğul olmağın təhlükələrindən xəbər verir”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.