“Qərbin hökmranlıq dövrü başa çatıb” –Avropa İttifaqının Ali nümayəndəsi

“Qərbin hökmranlıq dövrü başa çatıb”.

Azpost.info bildirir ki, bu barədə Avropa İttifaqının Ali nümayəndəsi rəhbəri Xosep Borrell öz bloqunda yazıb.

Onun fikrincə, bunu “Qlobal Cənub” ölkələri ilə əlaqələr də sübut edir.

“Qlobal Cənub” çox fərqli reallıqları əhatə edir, lakin buna baxmayaraq, real problemi gündəmə gətirir. Əgər mövcud qlobal geosiyasi gərginlik “Qərb digərlərinə qarşı” istiqamətində inkişaf etməyə davam edərsə, Avropanın gələcəyi qaranlıq olacaq. Qərbin hökmranlığı dövrü doğrudan da başa çatıb. Bu, nəzəri cəhətdən başa düşülən olsa da, biz həmişə bu yeni reallıqdan bütün praktiki nəticələr çıxarmamışıq”, – Aİ diplomatiyasının rəhbəri qeyd edir.

Aİ diplomatiyasının rəhbərinin sözlərinə görə, Ukraynadakı müharibə ilə Qəzzadakı müharibənin birləşməsi bu riski əhəmiyyətli dərəcədə artırıb. Bunu Sahel və Afrikanın digər regionlarında baş verən hadisələr nümayiş etdirir.

“Qlobal Cənub”da çoxları bizi “ikili standartlarda” ittiham edir. Rusiya vəziyyətdən istifadə etməyi bacardı. Ancaq Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi imperialist və müstəmləkəçi müharibədir.  Biz buna qarşı mübarizə aparmalıyıq. Hhəm də bu problemi təkcə sözlərlə həll etməməliyik: yaxın aylarda tərəfdaşlarımızın etimadını bərpa etmək üçün böyük səylər göstərməliyik”, – Borrell bildirib.

Onun sözlərinə görə, Aİ-nin də Yaxın Şərqdə təhlükəsizlik payı çox yüksəkdir.

“Qəzzada humanitar fəlakətin sona çatmasına kömək etməsək və nəhayət, iki dövlətli həlli həyata keçirməsək, bu münaqişə bütün bölgəni alovlandırmaq riski ilə üzləşir. Avropa üçün nəticələr bir çox aspektlərdə dərin olacaq: miqrasiya, terrorizm, daxili gərginlik, enerji böhranı, kəsilmiş dəniz yolları… Bunu biz artıq Qırmızı dənizdə görürük…”, – Aİ diplomatiyasının rəhbəri bildirib.

“Qlobal Cənub” coğrafi baxımdan, ekvatorun altında (Cənub yarımkürəsində) yerləşən 32 ölkəyə aiddir. Bura Çin, Hindistan, Braziliya və digər ölkələr daxildir.

 

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.