Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

“Qəza ilə bağlı istintaqa siz şəxsən nəzarət etmisiniz” –

User 09 Oktyabr 2025 - 16:40 (Last updated: 09 Oktyabr 2025 - 16:48)
ilham gorus tek

“Təyyarə qəzası ilə bağlı siz şəxsən istintaqa nəzarət edirsiniz və hər şeyin obyektiv araşdırılacağına  şübhəmiz yox idi“.

AzPost bildirir ki, bu sözləri  Prezident İlham Əliyev Putinlə görüşdə çıxışı zamanı bildirib.

▪️İlk öncə görüşə görə təşəkkürümü bildirirəm. Qeyd etdiyiniz kimi, Pekində qısa söhbətimiz oldu və cəmi iki gün əvvəl ad gününüzdə sizə zəng etdim. Fürsətdən istifadə edərək, sizi bir daha təbrik etmək, sizə, ailənizə və dost Rusiya xalqına ən xoş arzularımı çatdırmaq istəyirəm.

▪️Əlbəttə ki, Azərbaycan Hava Yollarının təyyarəsinin qəzaya uğradığı ötən dekabr faciəsi ilə bağlı bu ətraflı məlumata görə xüsusi təşəkküredirəm. Biz dərhal əlaqə saxladıq. Yadınızdadırsa, həmin faciəli gündə mən Sankt-Peterburqa görüşə uçurdum və hadisə barədə mənə məlumat verəndə təyyarədən birbaşa sizə zəng etdim. Mən də xahiş etdim ki, bu tədbirdə iştirak edən həmkarlarımıza da çatdırasınız ki, mən obyektiv səbəblərdən MDB-nin qeyri-rəsmi sammitində iştirak edə bilməyəcəm.

▪️Bu vəziyyətə şəxsən nəzarətdə saxladığınız üçün sizə də təşəkkür etmək istəyirəm. Dəfələrlə fikir mübadiləsi apardığımızdan, komandalarımızın üzvləri daimi əlaqədə olduğundan billirdim ki, siz şəxsən istintaqa nəzarət edirsiniz və bunun hər şeyi obyektiv həll edəcəyinə şübhəmiz yox idi.

Bizim şübhəmiz olmayıb ki, bu hadisə obyektiv araşdırılacaq. Buna görə mən sizə bir daha təşəkkürümü bildirmək istəyirəm ki, siz məsələlərə aydınlıq gətirmək üçün bizim görüşümüzü lazımlı bilmisiniz.

▪️Qeyd etdiyiniz kimi, bu il təkcə ticarət-iqtisadi əlaqələrdə deyil, bütün digər sahələrdə də əlaqələr uğurla inkişaf edib. Qeyd etdiyiniz kimi, ticarət dövriyyəsinin inkişafında yaxşı təkan var. Həmçinin, bütün digər sahələrdə heç bir yavaşlama və ya geriləmə müşahidə edilməyib. Əksinə, təsdiq etdiyimiz yol xəritələri uğurla icra olunur.

▪️Bu yaxınlarda Rusiya-Azərbaycan hökumətlərarası komissiyası da toplandı və burada həmsədrlər təkcə ticarət-iqtisadi deyil, geniş spektrli məsələləri ətraflı müzakirə etdilər.

▪️Və təbii ki, bu gün gündəmə yenidən baxmaq üçün yaxşı fürsətdir. Bu, kifayət qədər geniş və müsbətdir. Beləliklə, bu məlumat üçün bir daha təşəkkür edirəm və əminəm ki, bu gün cəmiyyətlərimizə göndərdiyimiz mesajlar eyni dərəcədə yaxşı qarşılanacaqdır.

AzPost.az

Post navigation

Previous: Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi
Next: “Autizmli şəxslərlə iş” layihəsi başa çatıb

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

Tramp
  • Dünya

Tramp seçki məğlubiyyətinin səbəbini açıqladı: İranla müharibə və bahalı yanacaq

User 04 Noyabr 2026 - 10:46
ABŞ Prezidenti Donald Tramp Konqresə keçirilən aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyətinin əsas səbəblərini açıqlayıb. Tramp partiyasının məğlub...
Read more about Tramp seçki məğlubiyyətinin səbəbini açıqladı: İranla müharibə və bahalı yanacaq
Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44
Azərbaycanda bir gündə 100 axtarışda olan şəxs saxlanıldı DIN
  • Sosial

Azərbaycanda bir gündə 100 axtarışda olan şəxs saxlanıldı

User 04 Noyabr 2026 - 10:21
2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? – Büdcədən əsas rəqəmlər açıqlandı budce
  • Baş Yazı

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? – Büdcədən əsas rəqəmlər açıqlandı

User 04 Noyabr 2026 - 10:15
Obama Trampa mesaj verdi, demokratlara çağırış etdi – “Qollarımızı çırmalayıb işə başlamalıyıq” obama
  • Dünya

Obama Trampa mesaj verdi, demokratlara çağırış etdi – “Qollarımızı çırmalayıb işə başlamalıyıq”

User 04 Noyabr 2026 - 10:07
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.