“Qəzet saytlarının yenidən qurulması prosesi başa çatıb” –MEDİA-nın icraçı direktoru

“Qəzet saytlarının yenidən qurulması prosesi başa çatıb”.

Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimində deyib.

O bildirib ki, əksər qəzetlərin saytları ya yenidən qurulub, ya da əsaslı şəkildə yenilənib:

“6 gündəlik, 10 həftəlik qəzetdə əsaslı dəyişiklik özünü göstərir. Qəzetlərin əksəriyyəti artıq tam fərqli formada nəşr olunur. Bir sıra qəzetlərimiz ənənəvi A3 formatı dəyişərək yeni tərtibatda B2 formata keçiblər, qəzetlərin əksəriyyəti artıq tam rəngli nəşr olunmaqdadır. Elə çap mediası subyektlərimiz var ki, tərtibatı əsaslı formada dəyişilib, köhnə forma və qəliblərdən imtina olunub”.

Əvvəlki məqalə

“Media rəqəmsal yeniliklərə uyğunlaşmalıdır” –

Sonrakı məqalə

Azərbaycanın Quru Qoşunlarının təlimləri keçirilir