Qətər İran və ABŞ arasındakı münaqişənin həlli üçün vasitəçilik səylərini dəstəkləyir, lakin birbaşa iştirak etmir.
Azpost.info bildirir ki, bu barədə Əmirliyin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari deyib.
“Biz vasitəçilik səylərində qardaşlarımızı dəstəkləyirik, lakin birbaşa iştirak etmirik”, – deyə “Əl-Cəzirə” onun sözlərini sitat gətirib.