Qadın güləşçimiz Elis Manolova “Tokio-2020″ni medalsız başa vurub

Daha bir Azərbaycan güləşçisi avqustun 3-də Tokio Olimpiadasında təsəlliverici görüşdə iştirak edib.

Qadın güləşi yarışlarında 68 kiloqram çəki dərəcəsində çıxış edən millimizin üzvü Elis Manolova startda nigeriyalı Blessinq Oborududuya məğlub olub. Ancaq rəqib finala vəsiqə qazandığı üçün güləşçimiz təsəlliverici görüşə çıxıb. Onun rəqibi Qırğızıstan idmançısı Mirim Jumanazarova olub. Rəqibinə məğlub olan E.Manolova yarışı medalsız başa vurub.

Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Güləşçimiz İslam Abbasov məğlub olub –

Sonrakı məqalə

Rusiyada günorta çağı qəfil qaranlıq düşdü-