Rusiyada günorta çağı qəfil qaranlıq düşdü-Günəş görünməz oldu (VİDEO-FOTO)

Rusiyanın Yakutsk şəhərində günün günorta çağı Günəş yoxa çıxıb. Sosial şəbəkələrdə bununla bağlı çoxlu görüntülər yayılıb.

“Podyom” “Telegram” kanalının məlumatına görə hadisəyə səbəb, Yakutiyada meşə yanğınlarıdır.

“Təqribən saat 13:30 radələrində birdən gündüz gecəyə çevrildi. Biz çox qorxduq. Təqribən bir saatdan sonra hava işıqlandı. Göydən kül yağır”, – deyə yerli sakinlərdən biri bildirib.

Tüstü səbəbindən yanğınları söndürmək üçün cəlb olunan BE-200 və İL-76P təyyarələri öz işini dayandırmalı olub.

Qeyd edək ki, ümumilikdə respublikada 164 meşə yanğınları qeydə alınıb. Sutka ərzində ümumilikdə 61 hektar sahədə 15 yanğın ocağı söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qadın güləşçimiz Elis Manolova “Tokio-2020″ni medalsız başa vurub

Sonrakı məqalə

“YouTube” reklamdan qurtulmağın yeni üsulunu təklif edir