Qadın lotereyada udduğu 26 milyon dollarlıq bileti paltaryuyan maşında yuyub

ABŞ-da qadın bilmədən ona məxsus 26 milyon dollar uduşu olan loterayanı paltaryuyan maşında yuyub.

Azpost.info bildirir ki, hazırda qadın uduşlu lotereyanın ona məxsus olmasını subut etməyə çalışır. Kaliforniya ştatının sakini Noruolk şəhərinin marketində lotereya bileti alıb. Bilet 26 milyon dollar udub. Qadın uduşlu bileti koftasının cibinə qoyub. Daha sonra bilmədən həmin koftanı biletlə birgə yuyub. Lotereya 14 noyabr 2020-ci ildə Arco AM-PM tərəfindən keçirilib.

Qadının cümə axşamına qədə uduşu almağa vaxtı olub. O, bileti aldığı marketdən bunu təsdiq edən videoçəkilişi almağa cəhd edib. Mağazadakı müşahidə kamerasının görüntüləri Kaliforniyadakı məmurlara təqdim olunub. Amma orjinal itirilib.

Əgər uduş sahibsiz qalsa vergiləri çıxdıqdan sonra 19 milyon dollar Kaliforniyadakı dövət məktəblərinin hesabına köçürüləcək.

Rəsmi şəxslər bildiriblər ki, əgər qalib bileti itirərsə o uduşu subut edən samballı subutlar təqdim etməlidir. Bura uduşlu biletin fotosu yaxud biletin hər iki üzünün kserosürəti daxildir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mayın 16-da ictimai nəqliyyatın fəaliyyəti bərpa ediləcək –

Sonrakı məqalə

SOCAR Rusiya neftini Baltikyanı ölkələrə və Şərqi Avropaya ixrac edəcək –