Qadın namaz qılarkən öldürüldü- Gürcüstana qaçan əri tutuldu

şəxs saxlanılıb
şəxs saxlanılıb

Bakıda arvadını namaz qılarkən qətlə yetirib, Gürcüstana qaçan şəxs saxlanılıb. Bu barədə AzPost-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fevralın 8-də saat 23 radələrində Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məmmədov Ramil Məhərrəm oğlu Gürcüstan Respublikasında saxlanılıb. Bildirilir ki, L.Məmmədova namaz qılarkən öldürülübmüş.

Onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.

Xatırladzaq ki, fevralın 8-də Bakının Xəzər rayonu, Binə qəsəbəsi ərazisində ailə münasibətləri çərçivəsində dəhşətli qətl hadisəsi baş verib.
Binə qəsəbəsi 138-ci döngə, küçə 62 ünvanında yaşayan 48 yaşlı Lamiyə Məməddova qətlə yetirilib. Bildirilir ki, qadın namaz qıldığı yerdə öldürüb.
Bildirilir ki, o, qadının dəmir əşya ilə başından bir neçə dəfə vurub. Daha sonra barmaqlarını sındırıb. Bundan sonra qadını boğub. Meyidin belində də barmaq izlərinin olduğu müəyyənləşib.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.