Qadın özünü Şoyqunun qohumu kimi təqdim etdi –Milyonlarla pulu oğurladı

Özünü Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun qohumu kimi təqdim edən qadın onlarla insanın pulunu dələduzluq yolu ilə oğurlayıb.

AzPost bildirir ki, bu barədə RİA Novosti məlumat verir.

Vəkil Səid Yarəhmədov RİA Novosti-yə bildirib ki, qadın bu fırıldaq üçün sənədlərdəki soyadını qəsdən dəyişib.

Üç zərərçəkmişin nümayəndəsi qadının pasport məlumatlarını dəyişdirdiyini və sənədlərini Şerye Şoyqu adı ilə qeyd etdiyini bildirib. Sonra o, yeni insanlarla tanış olub və onları öz biznesinə investisiya qoymağa inandırıb. O, həmin şəxslərə böyük miqdarda aylıq qazanc vəd edib.

Həmin şəxslər pul köçürdükdən sonra qadın yoxa çıxıb. Zərərçəkənlərdən biri ona bir milyon rubl, digərləri 1,2 milyon, 1,5 milyon verib. “İşdə isə onlarla zərərçəkmiş var. Polisə protokol tərtib olunub”, – deyə Yarəhmədov agentliyə bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.