Bu gün Türkiyə Super Liqasında XXV tura yekun vurulub.
AzPost Apasport.az -a istinadən xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçirilib.
“Qalatasaray” azarkeşləri önündə əzəli rəqibi “Fənərbaxça”nı qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib.
Matçın ilk yarısında “sarı-lacivərdlilər” fərqlənsə də, baş hakim qolu qeydə almayıb.
İkinci hissədə də tərəflərin səylərinə baxmayaraq, oyunda hesab açılmayıb.
“Qalatasaray” 25 turdan sonra 64 xalla liderdir. “Fənərbaxça” isə 58 xalla ikincidir.