Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İdman

“Qalatasaray” səfərdə xal itirdi

Orkhan Ali 02 Mart 2025 - 20:00 (Last updated: 21 May 2025 - 20:15)
Qalatasaray

Qalatasaray

Türkiyə Super Liqasında XXVI tur davam edir. Qaynarinfo xəbər verir ki, bu gün daha 2 matç keçirilib. Lider “Qalatasaray” xal itirib.
“Sarı-qırmızılılar” səfərdə “Kasımpaşa” ilə qarşılaşıb. Oyunda hesabı qonaqlar açıb. Viktor Osimhen penaltini dəqiq yerinə yetirib.

İkinci yarının startında meydan sahibləri Mortadha Ben Ouaneslə bərabərlik topunu vurub. Çox keçmədən Yosip Brekalo komandasını hesabda önə keçirib. Buna baxmayaraq, “Qalatasaray” Davinson Sançez və Viktor Osimhenlə yenidən üstünlüyə yiyələnib. Amma Haris Hayradinoviç “Kasımpaşa”ya vacib 1 xal qazandırıb – 3:3.

Qeyd edək ki, “sarı-qırmızılılar” 65 xalla turnir cədvəlinə başçılıq edir. “Cimbom”un ən yaxın izləyicisi “Fənərbaxça” bu gün “Antalyaspor”la qarşılaşacaq. “Sarı-lacivərdlər” qələbə qazanarsa, liderlə xal fərqini 4-ə endirəcək.

Əlavə olaraq oxuyun:

Qalatasaray Futbol Klubu — Türkiyə Super Liqasında mübarizə aparan futbol klubudur.

Türkiyənin İstanbul şəhərini təmsil edir. 1905-ci ildə Ali Sami Yen və dostları tərəfindən təhsil aldıqları Qalatasaray Liseyində təsis olunan İdman Klubunun ilk bölməsidir. Bu günə qədər 24 dəfə Türkiyə Super Liqasının Çempionu olub, 18 dəfə Türkiyə Kuboku və 16 dəfə Türkiyə Super-Kubokunu qazanıb.

Fatih Terim rəhbərliyində və Faruk Süren Prezidentliyində Qalatasaray, 1999–2000 sezonunun əvvəlində heyətini Mehmet Yozgatlı, Ahmet Yıldırım, Emrah Eren, Kapone və Bruno ilə gücləndirdi. Heyətdən isə Tolunay Kafkas, Ceyhun Eriş, Ufuk Taley və Orkun Uşak kimi futbolçular ayrıldı. Qalatasaray UEFA Çempiyonlar Liqasına pis başlamışdır, 14 sentyabr 1999-cu il tarixində Ali Sami Yen Stadionunda oynanılan ilk qrup mərhələsinin oyununda Herta Berlin ilə 2–2 hesablı heç-heçəyə razılaşmışdır. 22 sentyabr 1999-cu il tarixindəki ikinci oyununda İtaliya nəhəngi Milana 2–1 hesabı ilə məğlub olaraq qrup mərhələsindəki ilk məğlubiyyətini alan Qalatasaray, 29 sentyabr 1999-cu il tarixində üçüncü oyununda İngiltərə nəhəngi Çelsiyə 1–0 hesabı ilə məğlub olmuşdur. 19 oktyabr 1999-cu il tarixində dördüncü oyununda Çelsiyə Ali Sami Yen Stadionunda 5–0 hesabı ilə məğlub olmuşdur. Bu oyundan sonra UEFA Çempionlar Liqasında mübarizəni dayandırması dəqiqləşən Qalatasarayın yeganə hədəfi UEFA Avropa Liqasında iştirak etmək olmuşdur. Beşinci oyununda Herta Berlini 1–0 hesabı ilə geri düşməsinə baxmayaraq 4–1 məğlub edən Qalatasaray, son oyunda Milan ilə qarşılaşacaqdı.

Qalatasarayın İstanbul şəhərini təmsil etməyinə baxmayaraq Türkiyədə böyük azarkeş topluluğuna malikdir. 2013-cü ilin aprel ayında aparılan tədqiqata görə ölkədə ən çox azarkeşi olan ilk 3 klubdan biridir. Klubun əsas azarkeş qrupu ultrAslan’dır. Qalatasarayın oyunlarından əvvəl Ciao Bella mahnısı azarkeşlər tərəfindən səsləndirilir.

Post navigation

Previous: ABŞ kosmik gəmisi Aya endi
Next: London Sammiti başlanıb

Oxşar xəbərlər

fifa 2026
  • İdman

FIFA: Azərbaycan dünya çempionatına hazırdır

User 22 Oktyabr 2026 - 10:58
aston
  • İdman

“Aston Villa” “Fənərbaxça”nı 6:0 məğlub edib –

User 15 Oktyabr 2026 - 07:54
sabah
  • İdman

“Sabah” “Slaviya”nı məğlub etdi –

User 13 Oktyabr 2026 - 22:49

xƏBƏR

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
Qobustanın qayaları min illər əvvəl burada yaşayan insanların həyatından, ov üsullarından və dünyagörüşündən xəbər verir. Böyükdaş dağındakı...
Read more about Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?
Kim Çen In Çinə elan olunmamış səfər edib CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
Neftimizin qiyməti 127 dollara yaxınlaşır neftimage
  • İqtisadiyyat

Neftimizin qiyməti 127 dollara yaxınlaşır

User 24 Oktyabr 2026 - 10:51
Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.