“Qalatasaray”ın vitse-prezidenti və həyat yoldaşı koronavirusa yoluxub

“Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak koronavirus pandemiyasına yoluxub.

Apasport.az saytının məlumatına görə, klub rəsmisi artıq karantinə alınıb. Albayrakın ilk testinin cavabı mənfi olsa da, ikinci test müsbət çıxıb. Onunla yanaşı, həyat yoldaşı Şükran Albayrakın da eyni virusa yoluxduğu açıqlanıb. Cütlük artıq karantində, həkim nəzarətindədir.

Qeyd edək ki, indiyə qədər Türkiyədə ümumilikdə 1236 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 30-u ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zakir Həsənov və hərbi rəhbərlik maaşlarının yarısını Koronavirus Fonduna keçirdilər

Sonrakı məqalə

Rusiyada koronavirusa yoluxanların sayı 438-ə çatıb-